"Sehrli Novruz" adlı möhtəşəm bayram konserti bu dəfə Qusar rayonunda keçirildi.
19 mart 2025-ci il tarixində Qusar rayonunda Qusar Rayon İcra Hakimiyyəti və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə "Sehrli Novruz" adlı möhtəşəm bayram konserti keçirilmişdir.
Bayram konsertində Qusar rayonu üzrə təhsil müəssisələrinin təqdimatında milli adət-ənənələrimiz, milli mətbəximizi özündə əks etdirən sərgilər təşkil olunmuşdur.
Bayram tədbirində Quba və Qusar rayon Uşaq-Gənclər İdman Şahmat məktəblərinin yetirmələri maraqlı çıxışlarını nümayiş etdirmişlər.
Qusar Dövlət Ləzgi Dram Teatrının hazırladığı konsert proqramında Quba rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin də rəqs kollektivi öz maraqlı çıxışlarını nümayiş etdirdilər.
Bayram konsertinin təşkil olunmasında məqsəd Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələri arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, habelə milli-mənəvi dəyərlərimizi və adət-ənənələrimizi şagirdlərə aşılamaqdır.
Yeni Şərh